Səhiyyə müəssisələrində 47 həkim və tibb işçisi işlə təmin olunub

2022-04-07 / 10:23:15

    Tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə sertifikasiyaların aparılması, muxtar respublikanın şəhər, rayon və kəndlərində yerləşən səhiyyə müəssisələrində vakant vəzifələrin tutulması məqsədilə imtahan və müsabiqələrin təşkil olunması üçün müvafiq tədbirlər həyata keçirilir.

Ardını oxu

Aprelin 6-sı Ümumdünya Fiziki Fəallıq Günüdür

2022-04-06 / 15:03:58

2002-ci ildən başlayaraq hər il aprelin 6-da Ümumdünya Fiziki Fəallıq Günü qeyd edilir. Fiziki fəallıq əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada ildə 2 milyondan çox insanın ölümünə səbəb olur

Ardını oxu

Ərəzin kəndində profilaktik tibbi müayinələr aparılıb

2022-04-06 / 14:55:02

Vərəm vaxtında və düzgün müalicə olunarsa sağalan xəstəlikdir. Ona görə də vərəmli xəstələrin erkən aşkarlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri həkim briqadaları seçmə üsulu ilə kəndlərdə müayinələri davam etdirirlər.

Ardını oxu

Səhiyyə müəssisələrinə işə qəbulla bağlı müsabiqə başa çatmışdır

2022-04-06 / 11:59:40

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən Naxçıvanda tibb işçilərinin işə qəbulu müsabiqəsi keçirilmişdir.

Ardını oxu

Şərəfli yolun yolçuları: Məhəmməd Vəliyev

2022-04-06 / 11:55:25

Müasir dövrdə texnologiya və texnoloji avadanlıqlar həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. İstər iş həyatında, istərsə də məişətdə ağıllı telefonlar, kompüterlər, planşetlər işimizin qısa zamanda həll olunmasında əsas vasitələrdən biridir.

Ardını oxu

Dünən Ordubadda 398 şagird dərin tibbi müayinələrə cəlb olunub

2022-04-06 / 14:50:44

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq bu gün Ordubad rayonunda dərin tibbi müayinə və tuberkulin test sınaqları aparılıb.

Ardını oxu

“Şərq qapısı” təqdim edir: Şagirdlər arasında tuberkulin test sınaqları aparılır

2022-04-06 / 11:43:09

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq şəhər və rayonlarda fəaliyyət göstərən məktəblərdə ilkin vərəm intoksikasiyasının erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün aprel ayının 1-dən I-VI sinif şagirdləri arasında kütləvi tuberkulin test sınaqları aparılır. Hazırda bu tədbirlər muxtar respublikamızın rayonlarında uğurla həyata keçirilir. 

 

Ardını oxu

“Şərq qapısı” təqdim edir: Yüksəkixtisaslı personal, müasir tibbi metodlar və münasib qiymət

2022-04-06 / 11:42:01

    Həkimlər deyirlər ki, insan səhhəti, əsasən, diş sağlamlığından asılıdır. Onların qənaətinə görə, hətta təkcə bir dişin olmaması belə, həzm sisteminə mənfi təsir edir.

Ardını oxu

Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub

2022-04-06 / 10:43:39

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb.

Ardını oxu

Naxçıvan şəhərində məktəbyaşlı uşaqların dövri tibbi müayinələri və tuberkulin test sınaqları aparılır

2022-04-05 / 11:50:40

Muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrinin aparılmasını və dispanserizasiyası təmin etmək məqsədilə ardıcıl tədbirlər görülür.

Ardını oxu