Hamiləlik dövründə ananın yaşadığı stres körpədə bağırsaq mikrobuna təsir edir

2023-07-26 / 17:01:23

Bağırsaq insanın ikinci beyni adlanır. Həkimlər yekdilliklə bu fikirdədirlər ki, zərərli və faydalı bağırsaq mikrobları istər immun sisteminə, istərsə də beyin fəaliyyətinə təsir göstərərək insanın emosional vəziyyətini dəyişə bilir. Bəs bağırsaq mikroblarını nə təyin edir, genetikanın bunda nə kimi rolu var?

ABŞ-nin Kaliforniya Universitetinin alimləri hamiləlik dövründə ananın məruz qaldığı çətinliklərin uşaqda faydalı bağırsaq mikroblarının sayını azaltdığını müşahidə ediblər. Alimlərin fikrincə, bu hal ona görə baş verir ki, körpənin bədəninə ilk bağırsaq mikrobu nümunəsi məhz ananın bədənindən keçir. Əgər ana stresə məruz qalırsa, bu zaman onun bədənində faydalı mikroblar zərərlilər ilə əvəzlənir və körpənin orqanizminə də bu mikroblar keçir.

Kaliforniya Universitetinin professoru həkim Bridget Kallaqan qeyd edir ki, bu hal ana üçün müvəqqəti xarakter daşısa da, körpədə uzun illər müşahidə olunur.