Şorsu palçığı

  Mineral sular, dərman bitkiləri və digər təbii ehtiyyatlarla zəngin olan qədim diyar Naxçıvanda hələ də geniş istifadə üçün təqdim edilən təbii müalicəvi vasitələrdən də Naxçıvan-Sədərək magistral avtomobil yolunun birinci kilometrində yerləşən Şorsu palçığıdır. Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bu ilin ötən dövründə müəyyən işlər görülüb.Mənbədən götürülən və səneye üsulu ilə istehsal  edilən müalicə əhəmiyyətli bu palçıq AMEA Naxçıvan bölməsi tərəfindən qablaşdırılır.

 

 

  Müalicə üçün göstərişlər: Palçıq 17 adda – revmatizm, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nefrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər.

  Müalicə aplikasiya, tampon və ümumi palçıq vannası şəklində mümkündür. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib. Bu təbii müalicəvi vasitə həm palçıq, həm də quru toz formasında əczaxanalara paylanılıb.

   Əks  göstərişlər: Yüksək arterial təzyiq, kəskin iltihabi xəstəliklər, bədxassəli    şişlər.

   Şorsu palçığı ilə müalicə ilk olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni yaradılmış Reabilitasiya şöbəsində tətbiq olunmağa başlamışdır. Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində də vətəndaşlara göstərilən tibbi xidmətlər sırasında Şorsu palçığı ilə müalicənin də özünəməxsus yeri vardır. Fizioterapiya ilə müalicənin üstünlükləri  ondan ibarətdir ki, dərman xəstəliyi və allergiya törətmir, müalicə imkanlarını genisləndirir və müalicə müddətini qısaldır.
  Muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxansı, Diaqnostika Müalicə Mərkəzində aparılan fizioterapevtik müalicələr nəticəsində  2018-ci il dekabrın 6-dan muxtar respublikada sanator-kurort müalicələrinə start verilib və məhdud fiziki imkanlı şəxslərin müalicə kursu keçmək üçün göndərişlə Naxçıvana gəlişi təmin edilib.  Bu müəssisələrə sanator-kurort putyovkaları ilə göndərişlər ilboyu davam etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti