1920-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında ilk səhiyyə şöbəsi təşkil edilmişdir. Sonralar səhiyyə şöbəsi səhiyyə komissarlığına çevrilmiş, 1920-1924-cü illərdə isə ilk tibb müəssisələrindən  olan Ordubad şəhərində həkim məntəqəsi, Çənnəb, Culfa, Əbrəqunus, Qıvraq və Cəlilkənd feldşer məntəqələri açılmışdır.

1924-cü ilin yanvar ayında muxtar respublikada Səhiyyə Nazirliyi yaradılmışdır.

http://www.nakhchivan.az/portal-1/SEHIYYE/naz.gif

               Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

http://www.nakhchivan.az/portal-1/sekil/11fevral2016-18.gif

              Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Naxçıvan Tibb Kolleci, Şərur Rayon Uşaq Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi,       Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, rayon mərkəzi və sahə xəstəxanaları, kənd­lərdə həkim ambulatoriyaları, feldşer­-mama məntəqələri səhiyyə sistemində aparılan quruculuq işlərinin daha bir ifadəsidir.

http://www.nakhchivan.az/portal-1/SEHIYYE/3.gifhttp://www.nakhchivan.az/portal-1/SEHIYYE/4.gif

 

               Hazırda muxtar respublika əhalisinə 227 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Tibb müəssisələrində 725 həkim, 2108 orta tibb işçisi  çalışır ki, bu da muxtar respublika  üzrə hər on min  nəfərə görə əhalinin 15,9 həkimlə, 46,2 orta tibb işçisi ilə təmin olunması deməkdır. Həkimlərdən 107 nəfəri Azərbaycan və Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür. Onlardan 61-i hal-hazırda tibb müəssisələrində işləyir.       

                Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salıb. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan verib. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, indi bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsindədir.

 

http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/akademik.gif http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/Duzdag--.gif

http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/ruhi-disp.gif http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/Sahbuz-xestexana.gif

http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/sederek-xestexana.gif http://www.nakhchivan.az/portal-1/SEHIYYE/yeni/serur-xestexana.gif