Naxçıvanda səhiyyə müəssisələrinə yeni avadanlıqlar verilib

2023-08-04 / 10:22:40

Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində lazımi tədbirlər görülür. Tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması bu işlərin tərkib hissəsi kimi diqqətdə saxlanılır. Bu da əhaliyə göstərilən göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırır. Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində kompüter tomoqrafiya, Əziz Əliyev adına Naxçıvan MR Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Kardioloji Mərkəzində yeni nəsil EXO cihazları istifadəyə verilib.