Ordubad rayonunun Dəstə kənd həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

2019-01-15 / 12:10:42

     Naxçıvan Muxtar Respublikası mətbuar xidmətinin məlumat verir ki, yanvarın 14-də Ordubad rayonunun Dəstə kəndi yeni həkim ambulatoriyası istifadəyə verilmişdir. Qeyd olunur ki,

http://www.serqqapisi.az/images/2019/01/15/210.jpg

 

http://www.serqqapisi.az/images/2019/01/15/211.jpg

muxtar respublikada müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
     Yanvarın 14-də Dəstə kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
   Məlumat verilmişdir ki, ambulatoriya 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, fizioterapevtik kabinə, doğuş, peyvənd, mama, manipulyasiya, qeydiyyat, tibb bacısı otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapevtik kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır. Bildirilmişdir ki, ötən il Dəstə kəndində 46 uşaq doğulmuşdur.
   Ambulatoriyanın baş həkimi, Azərbaycan Respublikasının "Əməkdar həkim"i Xırdaxanım Ağayeva kəndə tibbi xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
    Ali Məclisin Sədri tibbi profilaktikaya və maarifləndirmə işlərinə diqqətin artırılması, eləcə də rayon mərkəzi xəstəxanası ilə ambulatoriyalar arasında əlaqələrin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.
    Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri görülüb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti