Muxtar respublikada epidemioloji vəziyyət sabitdir

2019-01-08 / 16:38:44

Muxtar respublikamızda dekabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata          keçirilib. Yenidoğulmuş uşaqların 271 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan Hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb.Yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.

Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 27 min 750 kvadratmetr sahədə dezinfeksiya və 10 min 600 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata          keçirilib.
          Uşaq və yeniyetmə müəssisələrində maarifləndirici və dezinfeksiya tədbirləri aparılıb, eyni zamanda qurd invaziyalarına qarşı  nümunələr yoxlanılıb.

           Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təhcizatı, sərhəd gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əksepidemik tədbirlər həyata keçirilib.

            Dekabr ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 64 su, 71 yuyuntu və 1106 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 431, təhsil üzrə 623, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 135, kommunal sahələr üzrə 41, sürücülük üzrə 1 nəfər olmaqla, bütövlükdə, 1231 nəfər        müayinədən keçib.
          Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında yerli istehsal olan xörək duzu nümunələrində yodun norma daxilində olduğu, həmçinin dəmir preparatı ilə unun zənginləşdirilməsinə görə 1 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının təlabata uyğunluğu aşkar edilib.

            Kommunal gigiyena laboratoriyasında 9 nümunədə 21 müayinə, toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarını təyini laboratoriyasında 3 nümunədə 11 müayinə aparılıb.

           Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 19 mühazirə oxunub.

           ”İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılıb.

         Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti