Gənc həkim ilklərə imza atır

2018-12-28 / 09:44:02

  Son illər Naxçıvan səhiyyəsinin müxtəlif sahələri üzrə  yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artmışdır. Təkcə bu ilin ötən 11 ayında səhiyyə müəssisələrində işlə təmin olunan 32 həkim və 127 tibb işçisinin əksəriyyətini gənclər təşkil edir. Əziz Əliyev adına Naxcıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Stomatologiya şöbəsinin həkim ortadont stomatoloqu  Əli Məmmədov da belə kadrlardan biridir.

           O, 2009-15-ci illərdə Ukraynanın Vinnitsa şəhərində İ.V.Piroqov adına Milli Tibb Universitetinin stomatoloji fakültəsini bitirib. Bakı şəhərində həkim ortadont stomatoloq kimi başladığı fəaliyyətini  2018-ci ilin yanvar ayından Uşaq Xəstəxanasında davam etdirir. Bilik və bacarığı, səmimiliyi, ünsiyyət yaratmaq bacarığı artıq qısa müddətdə kollektiv arasında hörmət qazanmasına imkan verib. Xəstələrin inam və etibarını qazanmaq da gənc yaşlarında ona nəsib olub. Odur ki, Əli həkim həmişə iş başında, xəstələrin yanındadır.

 

.

 

          Qeyd edək ki, ortadontiya- stomatologiyanın böyümə və inkişafı davam edən və ya tam yetkin fərdlərdə görünən diş və çənə anomaliyalarının qarşısının alınması və müalicəsi ilə məşğul olan əsas sahəsidir. Əli həkim çalışdığı səhiyyə müəssisəsində bu sahədə ilk mütəxəssis olmasa da artıq bir neçə ilkə imza atmaqla müəyyən uğurlar qazanıb. Şagirdlər arasında yaz mövsümünün dərin tibbi müayinələri zamanı onun təşəbbüsü ilə distal anomaliyası olan xəstələrin müalicədən əvvəl və sonrakı rentgen analizləri aparılıb. Aparılan müalicələrdən sonra tənəffüs sisteminin tam yaxşılaşdığı müşahidə olunub.

   Digər eksperiment zamanı isə xəstələr üzərində antrometrik analizlər  aparılıb.Bu metod xəstənin üz çənəsinin müalicədən əvvəlki və sonrakı formaları ilə dəqiq şəkildə məlumatlanmasını təmin edib. Hazırda bu metod müalicə işinin əsasını təşkil edir. Belə ki, həkim müayinəsindən sonra xəstələrdən alınan rentgen, antopometrik fotoşəkillər və modellər üstündə ölçü və analizlər aparılaraq, ortadontik diaqnoz qoyulur. Diaqnoza uyğun müalicə planı təyin olunur. Müalicə planına əsasən mikro implantlardan, üz maskası və xüsusi çənəliklərdən istifadə edilir.

     Əli həkim bildirir ki, çalışdığı şöbədə nəzəri bilikləri tətbiq etmək üçün təhlükəsiz və muasir standartlara cavab verən muasir tibbi avadanlıqlar var. Bu isə həkim və orta tibb işçilərinin xəstələrə yüksək səviyyəli xidmət göstərmələrinə, daha təhlükəsiz və uğurlu əməliyatların keçirilməsinə  şərait yaradır.

   Gənc mütəxəssis söhbət zamanı bildirdi ki, hər bir həkimin əsas vəzifəsi əhalinin sağlamlığı keşiyində dayanmaqdan ibarətdir. Ortadont stomatoloq  kimi mən belə hesab edirəm ki, əsas vəzifəm uşaq stomatologiyasının inkişafına öz  töhfəmi verməkdən, xəstələrə daha təhlükəsiz xidmət göstərilməsi üçün əlimdən gələni etməkdən ibarətdir. Elə vaxtlar oub ki, müəyyən çətiniklərlə üzləşmişəm, amma eqomu yüksək tutub özümü bilmiş kimi göstərməmişəm, kolleqalarımı  köməyə çağırıb məsləhət etmişəm. Konsiliumlarda iştirakım daim öz faydasını verib. Konsiliumlarda öyrəndiklərim bir də odur ki, peşəkar həkim savadlı olmaqdan başqa həm peşəkar psixoloq, həm vicdanlı insan, həm də hamı ilə dil tapa bilən ünsiyyətcil biri olmalıdır. Çalışdığım xəstəxanada belələri ilə çiyin-çiyinə işləmək mənim üçün xoşdur. Ağır anları xəstəsi ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, onunla xəstələnib onunla sağalan, kiminsə həyatının məsuliyyətini yaşayan, həyati vacib qərarlar qəbul edən təcrübəli həkimlərimiz çoxdur və hər birisi uzmanlıq keyfiyyətlərinə malikdir. Onlardan öyrəndiyim budur ki,  iş, professionallıq çox önəmlidir, Amma insanlarla münasibət, sayğı, prinsiplərə sadiq qalmaq və dürüstlük bunlardan da önəmlidir.

    Xəstəxanamızın həkim ortadont stomatoloqu kimi məktəblərdəki yoxlamalar zamanı aşkar etdiyim və xəstəxanamıza daxil olan xəstələrdəki ortadontik qusurları aşkar edib ona uyğun fərdi müalicə planı həyata keçirirəm. Müalicədən əvvəl apardığım düzgün diaqnostika mənə müalicənin sonunu proqnozlaşdirmaga imkan verir. Hər xəstəyə fərdi müalicə planı hazırlayaraq apardığım uğurlu ortadontik müalicə nəticəsində üz, diş, çənə anomaliyalarının bərpa olunması ilə yanaşı, bir sıra sistem xəstəliklərinin də yaxşılaşmasınını qeydə almışam. Xəstənin müalicədən əvvəlki və sonrakı antropometrik fotoşəkillərini və çənə modellərini müalicənin sonunda xəstəyə təqdim edirəm. Qeyd etmək istəyirəm ki, ortadontik müalicə hər yaşda aparıla bilər, lakin ortadontik qüsurların uşaq yaşlarda aşkar olunub müalicə olunması effektiv və qısamüddətli olduğundan uşaqların hər alti aydan bir ortodontik müayinəyədən keçməsi çox faydalıdır. Odur ki, hər bir valideyn övladının bu müayinədən keçməsinə maraqlı olmalıdır. Çünki, ortadontik müalicə tam ağrısız və müalicə planı düzgün yerinə yetirildiyi halda tam zərərsizdir. Xəstənin müalicə müddəti ərzində diqqət etməli olduğu məqam ağız gigeynasının qorunmasıdır ki, bu haqda xəstəyə lazımı bütün təlimatları verir, lazım olarsa, ağız boşluğunda professional gigiyenik tədbirləri həyata keçiririk.

        Gənc mütəxəssis ulu Tanrının bizlərə əvəzsiz bəxşişi olan sağlamlığımız, varlığımız təhlükə altında qalarkən, olumla ölüm arasında yaşam mücadiləsi gedərkən möcüzə yaradacaqlarına inandığımız, imdad dilədiyimiz, məna dolu gözlərinin dərinliklərində bir zərrə ümid işığı aradığımız peşə sahibləri sırasında hələ ilk addımlarını atır. Bu addımlar  onu gələcəyimiz olan uşaqların sağlamlığını qorunmağa, onlara sevinc bəxş etməyə aparır.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti