Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə gəlib

2018-12-19 / 12:36:17

     Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə         göndərilən 72 əlilliyi olan dekabrın 18-dən başlayaraq şəxs müayinə və müalicə xidmətləri ilə əhatə olunublar.

 https://nuhcixan.az/wp-content/uploads/2018/12/15451386354640032032_1000x669-750x430.jpg

      Onlardan 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçirlər.

      Məlumat üçün bildirək ki, dekabrın əvvəlindən artıq 117 əlilliyi olan şəxsin Naxçıvan Muxtar Respublikasındakı  müalicə müəssisələrində müalicə kursu keçməsi təşkil edilib.

 

                

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti