Culfa Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirilib

2018-12-17 / 16:51:12

            Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
         Həmin tədbirlərin davamı olaraq ötən şənbə Culfa Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə olunacaq xəstələr xəstəxanaya dəvət olunublar.
          Həkim briqadası aksiya müddətində 28 nəfəri ultrasəs, 15 nəfəri LOR, 18 nəfəri endokrinoloji, 8 nəfəri isə cərrahi müayinələrindən keçirib.
Müayinə olunanlara müvafiq tövsiyələr verilib. 23 nəfər isə ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Ləkətağ kənd sakini Xanım Cəfərova başqa yerlərə getmədən, rayonda yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti