Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidməti təqdim edir

2018-12-13 / 15:26:12

      Bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri olan qədim və həmişəcavan  Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, işkişaf etmiş, tərəqqiyə qovuşmuş çiçəklənən bir diyarıdır. Sağ­lam­lı­ğı­mız na­mi­nə ya­ra­dıl­mış ya­şıl­lıq­lar, mü­a­sir üs­lub­da ti­kil­miş bi­na­lar, in­san­la­rın ge­diş-gə­li­şi­ni tə­min edən ra­hat yol­lar, kör­pü­lər,parklar, xiyabanlar… Bun­lar mux­tar res­pub­li­ka­da mü­a­sir mə­də­niy­yə­tin ta­ri­xə ya­zı­lan faktla­rı­, ye­ni nə­sil­lə­ri mə­də­niy­yət kör­pü­sün­dən ke­çi­rə­rək gə­lə­cə­yə doğ­ru apar­ma­ğın konkret üsul­la­rı və yol­la­rı­dır.

      Naxçıvan Muxtar Respublikası zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu qədim yurdun flora və faunası, nadir bitki örtüyü, havası, şəfa bulaqları min bir dərdin dərmanıdır. Ərazidə 200-dən çox mineral su bulağı, şəfa qaynaqları vardır. Ölkəmizin milli sərvəti olan bu şəfa qaynaqları müxtəlif xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyasına xidmət etməklə yanaşı, həm də   müalicə turizminin inkişafı üçün geniş imkanlar açır.

         Səhiyyə turizmində öncül mövqeyi olan Duzdağ Fizioterapiya Mərkəzi müalicəvi keyfiyyətlərinə görə dünyanın unikal şəfa ocaqlarından biridir. Mərkəz 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Xəstəxanasının bazasında yaradılıb. Yeraltı şöbə duz mədənində ikinci əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 10 işlənmiş ştrixdə yerləşir. Şaxtaların ikisində qadın, birində kişi, ikisində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır. Duzdağ Fizioterapiya Mərkəzində böyüklər üçün axşam saatları ərzində 14, uşaqlara isə gündüz saatlarında 8-10 günlük müalicə kursları təşkil edilir. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85%  yaxşılaşma   qeyd  olunur.

           Müalicə üçün göstərişlər: Bronxial astma, allergik rinit,pollinoz, xroniki bronxit.

Duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük          təşkil edir.

Əks   göstərişlər: Yüksək arterial təzyiq,kəskin iltihabi xəstəliklər, bədxassəli şişlər.
         Mərkəzin xəstəxana hissəsində yaradılan müasir infrastruktur şəraiti, ixtisaslı həkim və texniki heyət, habelə təşkil olunan digər xidmət sahələri istər müalicə üçün gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkan yaratmışdır.

Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında daha çox artım müşahidə olunur.

       Hazırda       Duzdağda 480 yataq yeri mövcuddur. Burada hər yaşdan və sosial kateqoriyadan olan insanların müalicəsinə imkanlar yaradılıb. Ölkəmizin müxtəlif regionlarından, eləcə də Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən müalicə üçün gələn qonaqlar yaxınlıqdakı “Duzdağ”  və şəhərdəki digər otellərin xidmətlərindən istifadə       edirlər.
         Duzdağda müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsi üçün ötən ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Bu statusla mərkəz gələcəkdə insanların sağlamlığının bərpa olunması sahəsində daha də səmərəli fəaliyyət göstərəcəkdir.

      Naxçıvanın duzu, havası kimi suyu da min bir dərdin dərmanıdır.  Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox mineral su bulağı, şəfa qaynaqları vardır. Onların sırasında Darıdağ suyu möcüzəli müalicəvi xüsusiyyətlərinə görə ölkəmizin hüdudlarında da tanınır. 1972-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Həkim, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. 1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su boru­lar vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur.

            Müalicə üçün göstərişlər: Bel oma radikuliti, pnevmotik poliartrit, osmeo xondrozlar, qara ciyər öd yolları xəstəliyi, dəri xəstəliyi, əsəb xəstəliyi, qadın xəstəlikləri, anemiya, maddələr mübadiləsi, malyariya xəstəliklərinin  ambulator müalicəsi .

 Müalicə vanna qəbulu və suyun içmə yolu ilə aparılır. Arsenli su vannası qəbul etməklə həyata keçirilir. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

Əks   göstərişlər: Yüksək arterial təzyiq, kəskin iltihabi xəstəliklər, bədxassəli         şişlər.
           Darıdağ suyunun müvafiq qaydalara uyğun şəraitdə qablaşdırılmış və qurudulmuş formaları öz kimyəvi sabitliyini (tərkibini) saxladığı üçün mənbədənkənar müalicə müəssisələrində, hətta ev şəraitində də istifadəsinin mümkünlüyü onun dəyərini daha da artırır. Müalicəxananın xidmətlərindən təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən gələnlər də istifadə edirlər. Müalicəxanaya müraciət edənlərin sayı ildən-ilə artır. Bu məqsədlə müalicəxanada  müalicə və istirahət  üçün lazımi  şərait yaradılmışdır.

      Mineral sular, dərman bitkiləri və digər təbii ehtiyyatlarla zəngin olan qədim diyar Naxçıvanda hələ də geniş istifadə üçün təqdim edilən təbii müalicəvi vasitələrdən də Naxçıvan-Sədərək magistral avtomobil yolunun birinci kilometrində yerləşən Şorsu palçığıdır. Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bu ilin ötən dövründə müəyyən işlər görülüb.Mənbədən götürülən və səneye üsulu ilə istehsal  edilən müalicə əhəmiyyətli bu palçıq AMEA Naxçıvan bölməsi tərəfindən qablaşdırılır.

    Müalicə üçün göstərişlər: Palçıq 17 adda – revmatizm, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nefrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər.

     Müalicə aplikasiya, tampon və ümumi palçıq vannası şəklində mümkündür. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib. Bu təbii müalicəvi vasitə həm palçıq, həm də quru toz formasında əczaxanalara paylanılıb.

         Əks  göstərişlər: Yüksək arterial təzyiq, kəskin iltihabi xəstəliklər, bədxassəli         şişlər.

        Şorsu palçığı ilə müalicə ilk olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni yaradılmış Reabilitasiya şöbəsində tətbiq olunmağa başlamışdır. Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində də vətəndaşlara göstərilən tibbi xidmətlər sırasında Şorsu palçığı ilə müalicənin də özünəməxsus yeri vardır. Fizioterapiya ilə müalicənin üstünlükləri  ondan ibarətdir ki, dərman xəstəliyi və allergiya törətmir, müalicə imkanlarını genisləndirir və müalicə müddətini qısaldır.
      Muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxansı, Diaqnostika Müalicə Mərkəzində aparılan fizioterapevtik müalicələr nəticəsində  bu il dekabrın 6-dan muxtar respublikada sanator-kurort müalicələrinə start verilib və ilk olaraq Bakı və Sumqayıt şəhərlərindən olan 44 nəfər məhdud fiziki imkanlı şəxs müalicə kursu keçmək üçün göndərişlə Naxçıvanda gəlib.  Həmin müəssisələrə sanator-kurort putyovkaları ilə göndərişlər ilboyu davam etdiriləcəkdir.

      Hazırda muxtar respublikada 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

     Tikilərək və ya yenidən qurularaq istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Tibb kolleci, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kənd­lərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri son illər ərzində genişmiqyaslı islahatlar çərçivəsində aparılan quruculuq işlərinin bəhrəsidir.

      Naxçıvan Muxtar Respublikasında tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Çünki səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Ötən il muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan cihazla təmin olunub. Bu gün muxtar respublikanın səhiyyə məüəssisələrində qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi və müalicəsi mümkündür.

      Naxçıvan səhiyyəsində mütəmadi olaraq ilklərə imza atılması artıq ənənəyə çevrilmişdir. Yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə, o cümlədən açıq ürək əməliyyatları aparılır.

      Tibb işçilərinin gündəlik əməyi, dözümü və fədakarlığı sayəsində bu gün milyonlarla insan yaşadığına sevinir, övladlarını böyüdür, gələcəyə planlar qurur. Hər xilas elədiyi insan həkimə Yer üzündə ən humanist, nəcib, lazımlı bir peşəyə aid olduğu üçün qürur hissi bəxş edir.

        

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidməti