Feldşerlər üçün treninqlər təşkil edilib

2018-12-13 / 15:22:18

       Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsi, Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzi, rayon mərkəzi xəstəxanaları və onların tabeliyindəki tibb müəssisələrində çalışan  31 feldşer üçün treninqlər təşkil edilib. İlk məşğələdə  kəskin öd və böyrək sancısı, kəskin qida zəhərlənmələri, klinikası və diferensasiyası, suda boğulma, elektrik vurma, donmalar və dəm qazı ilə zəhərlənmələr, zəhərli həşəratlar və ilan sancmaları zamanı göstərilən ilk tibbi yardım tədbirləri haqqında təcili tibbi yardım sahəsində çalışan tibb işçilərinə ətraflı məlumat verilib. Mulyajlar üzərində təcrübələr aparılıb, tibbin yenilikləri mühazirələr oxunub. Elektron lövhələrdə mövzuya dair slaydlar nümayiş etdirilib, Dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

http://naxcivantv.az/images/xeberler/2018/dekabr/13/tibbiyardim/kollecmesgele3-750x430.jpg

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

        Praktik məşğələlər isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının müvafiq şöbələrində həyata keçirilir. Müdavimlər tibbi prosedurlarda iştirak edir, müasir aparat və avadanlıqlardan istifadə qaydalarını öyrənirlər.

       Məşğələlər Naxçıvan Muxtar Respublika Xəstəxanası Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Azər Məmmədov, şöbənin həkimləri Elsevər Ağəliyev, Bəxtiyar Hüseynov,Tahirə Hüseynova və Təcili təxirəsalınmaz və planlı yardım şöbısinin müdiri Pəri Əliyeva, eləcə də  Tibb Kollecinin müəllimləri tərəfindən qrafik əsasında həyata keçirilir.

Kursun ilk mərhələsi 25 gün davam edəcək və növbəti mərhələyə daha 30 feldşer cəlb olunacaq.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti