Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursuna göndərilib

2018-12-07 / 10:54:42

    İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə  Naxçıvan Tibb Kollecinin  12 nəfərdən ibarət müəllim və tələbə heyəti  Türkiyə Respulikasının  Respulikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu litseyində bir aylıq təcrübə kursuna yola salınıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən kollecin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamlı xarakter aldığını bildirib. Qeyd edib ki, ixtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin  müəllim və tələbələri  ötən il Türkiyə Respulikasının  Ərzurum vilayətinin  Atatürk Universitetində və bu il Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu litseyində keçirilən təcrübə kursunda ayrı-ayrı heyətlərlə təmsil olunublar. Durağan Mesleki və Texnik Anadolu Lisesi ilə də Naxçıvan Tibb Kolleci arasında tələbələrin təhsilinin daha da yaxşılaşdırılması məqsədilə qarşılıqlı qardaşlaşma münasibətləri yaradılmışdır.

        Tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Onlar açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenalı yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

      Növbəti heyətdə isə  mamalıq və tibb bacısı işi üzrə təhsil alan 10 tələbə, 2 müəllim təmsil olunurlar. Belə tədbirlər Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması işinə öz töhfəsini verir və muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.

         Kursa yollananlardan müəllim Səidə Şahverdiyeva, tələbələrdən Kifayət Pənahova, Turalə Əmirbəyli, Bəhruzə Hüseynova,Rahibə Məmmədova və onların müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün yaradılmış bu şəraitdən səmərəli istifadə edəcəklərini bildiriblər.

      Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

 

Naxçıvan  Muxtar Respublikası  Səhiyyə  Nazirliyinin  mətbuat  xidməti