Əlilliyi olan 45 nəfər Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb

2018-12-07 / 10:49:40

 

https://nuhcixan.az/wp-content/uploads/2018/12/15441009881159937945_1000x669.jpg

 

     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

       Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fiziki məhdudiyyətli insanlarla əlaqədar aparılan işlərin bir istiqaməti də onların sağlamlığının bərpasına yönəlib.

       Müalicəyə göndərilənlərin 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında,10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

    Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpasına göstərilən qayğıdan razı qaldıqlarını və səmərəli müalicə kursu keçmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti