Aztəminatlı ailələrə tibbi dəstək

2018-11-26 / 15:33:16

      Ə.Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında Aytən İbrahimovanın rəhbərlik etdiyi  həkim briqadası isə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihəsi həyata keçirib. Layihə çərçivəsində 8 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Həkim-cərrah Şəhla İmanova, həkim-anestezioloqlar Cabir Həsənov, Qərənfil Bədəlova, həkim-rezidentlər Aygün Əzizova, Şölə Quliyeva başqaları tərəfindən icra olunan əməliyyatlar uğurla başa çatıb. Kəngərli rayonunun Qarabağlar kəndindən Rövşən Kazımlının 3, Asiman Qənbərovun 2 oğlu tibbi aksiyadan yararlanıb. Qıvraq qəsəbəsindən Elvin Xudaverdiyev övladının ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduğuna görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

         Belə humanitar aksiyaların mütəmadi keçirilməsi nəzərdə tutulub.        

    Həmin gün briqada üzvləri tərəfindən Kəngərli rayonundakı Xok kəndində uşaqlar kütləvi profilaktik tibbi müayinədən keçirilib. 30 nəfər uşağa tibbi xidmət göstərilib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

   Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki köməklik göstərilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti