Şagirdlər tibbi müayinədən keçirilib

2018-11-26 / 15:28:07

    Naxçıvan Muxtar Respublika Xəstəxanasının 32 nəfərdən ibarət həkim briqadası ötən şənbə Ordubad Rayon Məhəmməd Füzuli adına tam orta İnternat məktəbində olub. Valideyn himayəsindən məhrum olan 6 şagirdə geyim dəstləri təqdim olunub. 7-ci sinif şagirdi Əli Əliyev onlara göstərilən bu qayğıya görə minnətdarlıq bildirib.

      Tədbirdən sonra şagirdləri tibbi müayinələrdən keçiriblər. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq uşaqlar siyahıya alınıb. Müayinə zamanı 46 şagird ambulator müayinələrdən keçirilərək müvafiq tövsiyyələr verilib. Müayinələrin aparılmasında oftalmoloq, stomotoloq, endokrinoloq, uroloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.

     Ordubad Rayon Məhəmməd Füzuli adına tam orta İnternat məktəbinin direktoru  Musa Nağıyev belə tədbirlərin şagirdlərin sağlamlığının mühafizəsində mühüm rol oynadığını vurğulayaraq briqada üzvlərinə minnətdarlıq edib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti