Tələbələr profilaktik tibbi müayinədən keçiblər

2018-11-23 / 16:16:19

    Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkimləri hər il payız mövsümündə orta ixtisas və ali təhsil müəssisələrində olur, tələbələri müayinədən keçirirlər. Cari ilin İlk profilaktik müayinələri Naxçıvan Dövlət Universitetində, Tibb kollecində və “Naxçıvan” Universitetində həyata keçirilib. Lor, nevroloq, oftalmaloq, terapeft və tibb bacısından ibarət həkim briqadası tərəfindən aparılan kütləvi müayinələrdə tələbələrlə yanaşı müəllimlər də müayinələrlə əhatə olunub. Ciddi xəstəlik aşkar edilməyib. Xəstəliyə meyli tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.

    Profilaktik müayinə zamanı ehtiyac olan hallarda xəstələrin yüksək ixtisaslı həkimlərə konsultasiyası və laborator-diaqnostik müayinələri aparılıb. https://nuhcixan.az/wp-content/uploads/2018/11/WhatsApp-Image-2018-11-22-at-18.20.48-750x430.jpeg

     Tələbələr arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, yoluxucu, ginekoloji xəstəliklər barədə səhiyyə maarifi işləri təşkil olunub.

https://nuhcixan.az/wp-content/uploads/2018/11/WhatsApp-Image-2018-11-22-at-18.20.03-750x430.jpeg

      Hazırda müayinələr davam etdirilir.                     

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti