Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans

2018-11-23 / 15:51:58

Naxçıvan    Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.

http://naxcivantv.az/images/xeberler/2018/noyabr/11/konfrans1xestexana.jpg

   Tədbirdə qeyd olunub ki, hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həkimlərlə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.

     Daha sonra Bakı Tibb Mərkəzinin həkimi-endokrinoloqu Rauf Cabbarovun “Diabetik neyropatiya”, Bakı şəhər Mərkəzi Dənizçilər Xəstəxanasının endokrinoloji şöbəsini müdiri Nazim Rüstəmovun “Metobolik sindrom və onun fəsadları” mövzularında məruzələri dinlənilib. Mütəxəssislər şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər.

   Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, nevroloq, cərrah və rezidentlərin iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti