Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Kolanı kəndində olub

2018-10-29 / 15:43:42

    Həkimlər bu dəfə 40 yaşından yuxarı kişilərdə prostat vəzinin müayinəsini aparıblar. Mərkəzi xəstəxananın ulturasəs müayinə cihazı vasitəsi ilə 56 kənd sakini müayinə olunub. Xəstəliyin əlamətləri kəskin olan bəzi xəstələr dispanser qeydiyyatına alınıb, müalicə üçün Şahbuz rayon Mərkəzi xəstəxanası və muxtar respublikanın digər səhiyyə müəssisələrinə dəvət ediliblər.

 

https://nuhcixan.az/wp-content/uploads/2018/10/sahbuztibbi3-750x430.jpg       

 

       Aksiya çərçivəsində həm də 61-65 yaşlı əhalinin əhalinin kütləvi dispanserizasiyası diqqət mərkəzində saxlanılıb. Çünki bu yaş qrupunda insanlar arasında ürəyin işemik xəstəlikləri, hipertoniya, kəskin beyin qan dövranı pozulmaları, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranma riski çoxdur. Bu xəstələrin vaxtında aşkar edilməsi, müalicə-profilaktika tədbirlərinin düzgün qurulması onlar arasında ölüm, ağırlaşma hallarının qarşısının alınmasına, həyat keyfiyyətlərinin yaxşılaşmasına,ilkin əlilliyin azaldılmasına səbbəb olur. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədlə  Naxçıvan  Muxtar Respublikası  Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq mart ayının 1-dən  61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyası aparılır.

        Terapevt, cərrah, nevropatoloq, oftalmoloq və stomatoloqlardan ibarət həkim briqadası yoxlamalar zamanı insanlarda ilkin müayinə tədbirləri ilə yanaşı arterial təzyiqin ölçülməsi, qanda şəkər, xolestrin müayinələrinin aparılması həyata keçirilib. Ehtiyac olan hallarda xəstələrin konsultasiya məqsədilə yüksək ixtisaslı tibb müəssisələrinə və dispanserlərə göndərilməsi, onların laborator-diaqnostik  müayinələrinin aparılması təşkil olunub.

       Mərkəzi xəstəxananın lor, pediatr, stomatoloq, nevropatoloq və cərrahlardan ibarət həkim briqadası məktəblilərin də dərin tibbi müayinəsini təşkil ediblər.Həmin gün məktəbin 107 şagirdi dərin tibbi müayinələrlə əhatə olunub.

       Kənddə yaşayan hərəkət qabiliyyəti məhdud olan insanlarda qayğıdan kənarda qalmayıb. Onlar isə evlərində müayinə olunublar.

                 

Naxçıvan  Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidməti