Məktəblilər tibbi müayinədən keçiblər

2018-10-18 / 13:04:12

       

Şahbuz rayonunun ümumtəhsil məktəblərində şagirdlərin tibbi müayinələrinə başlanılıb.

      Tibbi müayinələr aparmaq üçün rayon mərkəzi xəstəxanasında cərrah, pediatr, LOR, stomatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. İndiyə kimi 3 məktəbdə dərin tibbi müayinələr aparılıb. Müayinələr zamanı şagirdlərdə hər hansı bir xəstəlik aşkarlanırsa, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək mərkəzi xəstəxana və muxtar respublikanın digər səhiyyə müəssisələrinə dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilirlər. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müalicə prosedurları tətbiq edilir.

      Müayinələr oktyabr ayının sonunadək rayonun bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.