Naxçıvanda stomatologi konfrans keçirilib

2018-10-08 / 10:50:03

       Naxçıvanda paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından dəvət edilmiş stomatoloqların iştirakı ilə “Modern vəMultidissiplinar Stomatologiya” mövzusunda  elmi-praktik konfrans keçirilib.

       Konfrans konfrans  iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyi ilə tanışolublar.

       Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən elmi-praktik konfransda  səhiyyə naziri Niyazi Novruzov bu gün muxtar respublikanın səhiyyəsi ilə bağlı məlumat verib. Stomatologiya  sahəsində baş verən yenilikləri diqqətə çatdırıb.

       Qeyd olunub ki, indi kəndlərdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarının hər birində müasir stomatoloji kabinələryaradılır. Kadrların yetişməsi üçün Naxçıvan Dövlət Universitetində stomatologiya ixtisası fəaliyyət göstərir və Türkiyənin universitetləri  ilə əməkdaşlıq edilir.

       Azərbaycan İmplantoloq İctimai Birliyinin sədritibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov qeyd edib ki, təmsil etdiyi qurumun  əsas məqsədi Azərbaycanda implantologiyanın inkişafı, gənc alimlərin və yerli  mühazirəçilərin formalaşmasına dəstək olmaqdır.

       Sonra Türkiyənin 19 May Universitetinin restovrativ stomatologiya kafedrasının əməkdaşı professor  ErtanErtaş və Azərbaycan İmplantoloq İctimai Birliyinin İdarə Heyətinin üzvləri müxtəlif mövzularda çıxışlar edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar. Konfransda videosüjetlər, implantasiya prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb.

       Qeyd edək ki, elmi-praktik konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti