Profilaktik dezinfeksiya işləri aparılıb

2023-07-14 / 20:03:07

Muxtar respublikada insanların sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir, yaşayış məntəqələrinin sanitar-gigiyenik təmizliyi və əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır. Xüsusilə də yay aylarında əhali arasında yarana biləcək infeksiyaların və digər bakteroloji xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi laborator yoxlamalar və dezinfeksiya işləri aparılır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib.

         Qeyd edək ki, muxtar respublikada epidemioloji sabitliyin qorunub saxlanılması məqsədi ilə həyata keçirilən tədbir muxtar respublikanın rayonlarında da həyata keçirilib, küçə və məhəllələrdə məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazilər dərmanlanaraq dezinfeksiya olunub.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti