Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifədən azad olunub.

2023-07-11 / 14:37:04

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin son aylarda həyata keçirdiyi tədbir və layihələrin məqsədi əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı yeniliklərə nail olmaqdır. Aparılan kadr islahatı siyasəti də ümumi islahatların tərkib hissəsi kimi davam etdirilməkdədir. Növbəti kadr islahatı Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində aparılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Natiq qızı Mənsumova tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi üçün islahatlar davam etdiriləcəkdir.