Naxçıvan Muxtar Respublikası Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib

2023-06-20 / 12:49:12

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılmaqdadır. Aparılan islahatlar içərisində ümumi islahatların tərkib hissəsi olan kadr islahatları ilə bağlı tədbirlər davam edir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsin baş həkiminin vəzifədən azad olmasıdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Bağırov Zəbur David oğlu tutduğu vəzifədən azad olunur.

Səhiyyədə həyata keçirilən davamlı və kompleks islahatlar insan sağlamlığının qorunmasına, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin rifahının yüksəlməsinə və hərtərəfli inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da  əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi davam etdiriləcəkdir.