Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi “Heydər Əliyev ili” tədbirləri çərçivəsində növbəti tibbi aksiyanı təşkil edib

2023-06-08 / 10:06:31

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” tədbirləri çərçivəsində növbəti humanitar tibbi aksiya Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsinin həkim heyəti tərəfindən Ordubad rayonunun ən böyük yaşayış məntəqələrindən olan Dəstə  kəndində baş tutub.

Tibbi aksiya zamanı 25 ginekoloji, 10 labaratoriya və 3 uşaq olmaqla 38 qadın sakin müayinə olunub. Ultrasəs müayinəsindən keçirilən kənd sakinlərindən 5-də yumurtalığın kistası, 2-də uşaqlığın hiperplaziyasi, 3-də uşaqlığın sallanması, 2-də isə yumurtalıqların disfunksiyası (aybaşı pozulması) aşkarlanşb. Himın çixslir daha dəqiq və dərindən müayinə üçün Perinatal Mərkəzə dəvət olunublar.

Müayinələr zamanı Mərkəzin mütəxəssis ginekoloq həkimləri tərəfindən maariflədirici söhbətlər aparılıb, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti