Liv Bona Dea Hospitalın yüksəkixtisaslı həkim pediatrları tərəfindən 92 uşaq tibbi müayinədən keçirilib

2023-05-30 / 16:23:21

      

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Liv Bona Dea Hospitalın yüksəkixtisaslı həkim pediatrları “1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü” münasibətilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində uşaqlara ödənişsiz tibbi xidmət göstərib.

     Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş uşaqlara özəl aksiyanın ilk günündə 0-18 yaş arasında 92 uşaq tibbi müayinədən keçirilib. Müayinə olunan uşaqlardan 27-si pediatr-Vəfa İsayeva, 18-i uşaq endokrinoloqu-Cəmalə Məmmədova, 12-si pediatr neonatoloq-Kamil Şərifov, 28-i uşaq ürək damar cərrahı-Şiraslan Baxşəliyev, 28-i isə uşaq kardioloqu –Bəhruz Əliyev tərəfindən müayinə olunub.

    Həmçinin, aksiya çərçivəsində Liv Bona Dea Hospitalın pediatrik həkim heyətinin Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi və Mərkəzi Uşaq Xətəxanasının həkimləri ilə tanışlıq və fikir mübadiləsi də aparılıb.

     Bakıdan gələn yüksəkixtisaslı həkim briqadası tərəfindən 30-31 may tarixlərində Naxçıvan Diaqnostika Müalicə Mərkəzində aparılan aksiya sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti