Kəngərli rayonunda mütəmadi olaraq yoluxucu xəstəliklərə, viruslara qarşı dezinfeksiya və dezinseksiya işləri aparılır

2023-05-18 / 10:40:48

Kəngərli rayonunda mütəmadi olaraq yoluxucu xəstəliklərə, viruslara qarşı dezinfeksiya və dezinseksiya işləri aparılır. profilaktiki və qabaqlayıcı tədbirlər həyata keçirilir .Ümumiyyətlə Kəngərli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində, həmçinin tullantı poliqonu, açıq su hövzələrində, yaşayış binası zirzəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, profilaktik tədbirlər həyata keçirilir. Elə görülən bu işlərin nəticəsidir ki, Kəngərli rayon ərazisində təhlükəli yoluxucu xəstəliklər aşkar edilməyib. Aparılan tədbirlərin davamı olaraq, Kəngərli rayon Gigiyena və Epidemiologiya Şöbəsinin Dezinfeksiya bölməsinin əməkdaşları tərəfindən Kəngərli rayon ərazisində yerləşən sərhəd zastavalarında profilaktik tədbirlər dezinfeksiya və dezinseksiya işləri aparılıb.
9-12 nömrəli sərhəd zastavalarında, ümümilikdə, 10 000 Kvadratmetr ərazini əhatə edən sahədə dezinfeksiya, 1250 kvadratmetr ərazidə dezinseksiya işləri görülüb.