Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

2023-05-10 / 12:39:38

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri piblik hüquqi şəxsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Dispanserin baş həkim açaraq bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 100 illik yubileylə bağlı Ölkə Başçısı Cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Qeyd edilib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Elə sərəncamın mətnində də deyildiyi kimi: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

         Həkim Məmmədəli Ələkbərov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri, müasir dünya tarixində parlaq və silinməz iz qoymuş, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yaşadığı, fəaliyyət göstərdiyi, hətta Moskvada yaşadığı dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün gördüyü işlərdən danışıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə, Azərbaycanda səhiyyə, sənaye, kənd təsərrüfatı, mədəniyyət və diğər sahələrdə aparılan tədbirlər Azərbaycanın sürətlə inkişaf etməsinə səbəb oldu. 1990-cı illərdən Azərbaycanda başlanan idarəetmədə yaranan hərci-mərcliyin, xaosun, dövlətin varlığının təhlükədə olduğu bir vaxtda Heydər Əliyevin Moskvadan əvvəlcə Bakı şəhərinə 2 gündən sonra Naxçıvana gəlməsi, əvvəl Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini, sədri və nəhayət 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanı dağılmaqdan xilas etdi.

Sonra tədbiri çıxış sözü ilə davam etdirən Dispanserin həkimi Fəridə Məmmədova qeyd edib ki, Heydər Əliyev Azərbaycan Komunist Partiyasının 1969-cu il plenumunda birinci katib seçiləndən sonra Azərbaycanda bütün sahələr, o cümlədən, səhiyyə sahəsi də sürətli inkişaf etməyə başladı. Bütün Azərbaycanda yeni-yeni səhiyyə ocaqları tikildi, səhiyyənin maddi texniki bazası möhkəmləndi, kadr hazırlığı, xəstəxanaların həkimlərlə təchizatı gücləndirildi. Həkimlərin maddi rifahının yaxşılaşdırılması üçün qərarlar qəbul edildi. Azərbaycan xalqı üçün böyük işlər görmüş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Tədbir həkim Töhfə Fətullayevanın  “Heydər Əliyevin  erasında  səhiyyə” mövzusunda çıxışı ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti