Naxçıvan Muxtar Respublika Xəstəxanası “Heydər Əliyev ili” tədbirləri çərçivəsində Ordubadda tibbi aksiya təşkil edib

2023-05-08 / 17:01:37

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin təşkilatçılığı ilə humanitar tibbi aksiya keçirilib. Tibbi aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim heyəti Ordubad şəhər tam orta internat məktəbində şagirdləri müxtəlif tibbi müayinələrdən  keçiriblər.

Aksiya zamanı şagirdlərə Xəstəxananın terapevt, endokrinoloq, stomatoloq, uroloq, radioloq, nevropatoloq, lor, laboratoriya, trvmatoloq, ginekoloq olmaqla 17 nəfərdən ibarət həkim briqadası tərəfindən tibbi xidmətlər göstərilib. Həkim briqadası tərəfindən, ümumilikdə,  46 şagird üzərində 240 müayinə aparılıb. Müayinələrin nəticələrinə görə 11-də şagird müxtəlif xəstəliklər üzrə daha dəqiq və dərindən müayinə üçün Muxtar Respublika Xəstəxanasına yönləndirilib.

Həmçinin, aksiya çərçivəsində ixtisaslı həkimlər tərəfindən məktəbin müəllim və şagird kollektivi ilə maariflədirici söhbətlər aparılıb, ətraflı məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti