“Heydər Əliyev ili” tədbirləri çərçivəsində Dəmirçi kənd Həkim Ambulatoriyasında humanitar tibbi aksiya keçirilib

2023-04-11 / 17:28:25

Aprelin 11-də Sədərək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim komissiyası tərəfində “Heydər Əliyev ili” tədbirləri çərçivəsində Dəmirçi kənd Həkim Ambulatoriyasında humanitar tibbi aksiya keçirilib.

Ümumilikdə 58 nəfərin iştirak etdiyi aksiya çərçivəsində ixtisaslı həkim heyəti tərəfindən rayon sakinlərinə kardioloji, terapevtik, lor, pediatrik və cərrahi müayinələr icra olunub.

Hər hansı bir patologiya aşkar olunmuş şəxslər müvafiq xəstəxanalara yönləndirilib. Aksiyada həkimlər tərəfindən həmçinin tibbi maarifləndirici məsləhətlər verilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti