“Heydər Əliyev ili” tədbirləri çərçivəsində növbəti humanitar tibbi aksiya Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olub

2023-04-11 / 13:14:18

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Heydər Əliyev ili” tədbirləri çərçivəsində humanitar tibbi aksiyaların təşkilini davam etdirir. Növbəti humanitar tibbi aksiya Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olub. Belə ki, Səhiyyə Nazirliyinin kardioloq, nevropatoloq-psixiatr, USM, laborant, oftalmoloq, stomatoloq, cərrah-uroloq, ftiziatr yüksəkixtisaslı həkim briqadası tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin məhkumları tibbi müayinədən keçirilib.

Aksiya çərçivəsində 104  nəfər infeksiyaların təyini üçün qan nümunəsi götürülərək laborator tibbi müayinədən, 15 nəfər nevroloji, 10 nəfər kardioloji, 19 nəfər uroloji, 6 nəfər oftalmoloji, 8 nəfər somatoloji, 6 nəfər EKQ, 18 nəfər ultrasəs, 128 nəfər isə flüoqrafik müayinədən keçirilib.

Profilaktiki müayinə zamanı məhbuslar arasında ciddi, ağır xəstə aşkar edilmədiyindən yüngül şikayəti olanlara ixtisas həkimləri tərəfindən ambulator müalicələr təyin edilib. Eyni zamanda sağlamlığın qorunması istiqamətində tibbi maarifləndirici məsləhətlər də verilib.

Qeyd edək ki, müayinələrin nəticələri haqqında məhkumların tibb kitabçalarında qeydiyyatlar aparılır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti