Culfa rayonunda humanitar tibbi aksiya keçirilib

2023-04-06 / 17:10:52

Aprelin 6-da “Heydər Əliyev ili” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin həkim briqadası və Duzdağ Fizioterapiya Mərkəzinin həkim heyəti tərəfindən humanitar tibbi aksiya keçirilib. Culfa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində təşkil olunan aksiya zamanı rayon sakinləri endokrinoloji, USM, oftolmaloji, uroloji və digər sahələr üzrə müayinələrdən keçirilmiş, onlara həkim və laborator xidmətlər göstərilmişdir.

Tibbi aksiya zamanı 128 rayon sakininə 421 müayinə icra olunmuş,  patologiyalar aşkarlanmış şəxslər dərindən müalicə və müayinələrinin aparılması məqsədilə müvafiq xəstəxanalara dəvət olunmuşlar.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti