“7 aprel - Ümumdünya Sağlamlıq Günü” münasibəti Kəngərlidə dezinfeksiya tədbirləri həyata keçirilib

2023-04-06 / 17:08:21

1948-ci il aprelin 7-də Dünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Fəsillərin dəyişməsi zamanı kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilir. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri aparılır, virus infeksiyalarının qarşısının alınması tədbirləri genişləndirilir. Kəngərli Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Pentensiar Xidməti Qarışıq rejimli cəzaçəkmə müəssisəsində dezinfeksiya tədbirləri həyata keçirilir.

Aprelin 6-da Ümumdünya Sağlamlıq Günü münasibəti ilə Şöbənin Dezinfeksiya bölməsinin əməkdaşları tərəfindən 15900 kv metr ərazini əhatə edən sahədə dezinfeksiya tədbirləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti