“Heydər Əliyev ili” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən növbəti humanitar tibbi aksiya keçirilib

2023-04-05 / 17:44:05

Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev ili” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin həkim briqadası Duzdağ Fizioterapiya Mərkəzinin həkim heyəti ilə birgə Kəngərli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Ümummilli liderin əziz xatirəsinə həsr edilmiş humanitar tibbi aksiya keçirib.

Aksiyada endokrinoloq, allerqoloq, USM, oftolmaloq və uroloq həkimlər tərəfindən rayon sakinlərinə həkim və laborator xidmətlər göstərilib. Ümumilikdə 145 rayon sakininin iştirak etdiyi aksiyada 325-dən çox müayinə aparılıb ki, həmin müayinələr zamanı 22 nəfərdə patologiyalar aşkarlanıb. İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq yerindəcə lazımi müalicələri icra etməklə yanaşı, bəzi xəstəliklərə görə də müalicələrini davam etdirmələri üçün sakinlərə tövsiyələr veriblər. Patologiya aşkarlanmış şəxslər dərindən müalicə və müayinələrinin aparılması məqsədilə müvafiq xəstəxanalara dəvət olunublar.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti