“Heydər Əliyev ili” tədbirləri çərçivəsində Culfa rayon Yaycı kəndində humanitar tibbi aksiya keçirilib

2023-03-15 / 17:44:10

“Heydər Əliyev ili” tədbirləri çərçivəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə martın 15-də Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Yaycı kəndində humanitar tibbi aksiya keçirib.

Qrafikə uyğun olaraq keçirilən aksiya çərçivəsində xəstəxananın on nəfərdən ibarət həkim briqadası - həkim-terapevt, həkim-ginekoloq, həkim-pediatr, həkim-cərrah, həkim-nevropatoloq, həkim-oftolmaloq, həkim-otolorinqoloq funksional diaqnostik USM, labarant tərəfindən kənd əhalisinə tibbi xidmət göstərilib. Aksiyada tibbi profilaktik müayinədən keçirilmiş 83 kənd sakinindən 65-də konyuktivit,  blefarit,  OD-katarakta,  quru göz sindromu,  otit, öd daşı xəstəliyi və s. müxtəlif xəstəliklər aşkar edilib.

Xəstəliyi aşkarlanan vətəndaşlar aidiyyatı xəstəxanalara yönləndirilib. Eyni zamanda ixtisaslı həkimlər tərəfindən kənd sakinləri ilə tibbi maarifləndirici söhbətlər də aparılıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti