Növbəti tibbi aksiya Kəngərli rayonunda keçirilib

2023-03-13 / 09:51:52

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın tibb müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tibbi aksiyalar davam edir. Növbəti tibbi aksiya martın 11-də Kəngərli rayonunda keçirilib.

Tibbi aksiyada Kəngərli Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyəti iştirak edib. Qarabağlar Kənd Həkim Ambulatoriyasında keçirilən aksiya zamanı Qarabağlar kənd əhalisinə həkim pediatr, həkim terapevt, həkim stomotoloq, həkim fuksionalist, həkim ginekoloq və həkim labarant tərəfindən tibbi  xidmətlər göstərilib.

Aksiyada iştirak edən 131 rayon sakini 262 müayinədən keçib. Müayinə zamanı aşkar olunan xəstəliklərə uyğun olaraq sakinlər müvafiq xəstəxanalara yönləndirilib. Həmçinin aksiya zamanı vətəndaşlarla tibbi maarifləndirici söhbələr edilib, həkim məsləhətləri verilib.

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti