Ordubad rayon Dəstə kənd sakinləri üçün humanitar tibbi aksiya təşkil edilib

2023-03-07 / 16:52:16

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Heydər Əliyev ili” tədbirləri çərçivəsində tibbi aksiyaların keçirilməsi davam edir. Növbəti tibbi aksiya Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsi tərəfindən martın 7-də Ordubad rayon Dəstə kəndində təşkil edilib.

Belə ki, Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən rayonlarda əhalinin tibbi müayinəsi üçün həkim-ftiziat, həkim-laborant və həkim-rentgenoloqdan ibarət həkim briqadası yaradılaraq tibbi aksiya çərçivəsində kənd əhalisini müayinələrdən keçirib. Nəticə olaraq flüoroqrafik müayinələrdən keçirilən 65 kənd sakinindən 15-də limfa düyünlərinin böyümə və bronx şəklində güclənməsi qeyd edilib. Həkim-ftiziatrın müayinəsindən keçən 27 nəfərdən 7-nə isə mantu sınağı qoyulub.

İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq yerindəcə lazımi müalicələri icra etməklə yanaşı, bəzi xəstəliklərə görə də müvafiq xəstəxanada müalicələrini davam etdirmələri üçün sakinlərə tövsiyələr veriblər.

 Həmçinin həkimlər tərəfindən Dəstə kənd əhalisi ilə profilaktik söhbətlər də aparılıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti