ÜST: Koronavirusun 600-dən çox alt növü var

2023-02-06 / 10:40:10

Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib.

“Omikron hələ də koronavirusun ən yoluxucu variantıdır. Hazırda izlədiyimiz 600-dən çox omikron alt növü var və XBB.1.5 onlardan biridir. Yəni virus təkamül etməkdə davam edir. Biz XBB.1.5-in daha geniş yayılacağını gözləyirik”, - deyə ekspert xəbərdarlıq edib.