Növbəti səyyari flüoqrafik müayinələr Şahbuz rayonunda aparılıb

2022-12-21 / 16:48:38

 

   Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası qrafikə uyğun olaraq Şahbuz rayonunda flüoqrafik müayinələr aparıb. Vərəm xəstəliyinin erkən aşkarlanması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə aparılan müayinələrin davamı Şahbuz rayon ümumtəsil məktəblərinin şagirdləri üçün tətbiq edilib. Bu məqsədlə, Dispanserin həkim briqadası səyyari flüoroqrafiya ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında olub.

Dekabrın 21-nə olan nəticələrə görə rayon ümumtəhsil məktəblərin IX-XI sinif şagirdlərindən 84-ü flüoroqrafiya müayinəsindən keçirilmişdir ki, onlardan da 12-də döş daxili limfa düyünlərinin böyüməsi şübhəsi aşkar edilmişdir.

Müayinə zamanı xəstəliyə şübhəli olan məktəblilər daha ətraflı müayinədən keçmək üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşdur.

Həmçinin müayinə zamanı Dispanserin mütəxəssis həkimləri tərəfindən məktəblilər arasında maarifləndirici söhbətlər də aparılmışdır.

Qeyd edək ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən hazırlanmış qrafik üzrə dekabrın 21-də start verilən səyyari flüoqrafik müayinələr dekabrın 26-na kimi davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti