Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə flüoqrafiya müayinələri aparılıb

2022-12-16 / 16:50:25

 

  Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əhali arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müayinələrin aparılması və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən növbəti səyyari flüoroqrafiya müayinələri dekabrın 15-də Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təşkil edilib.

       Liseyin flüoroqrafiya müayinəsindən keçirilən 85 kursantından 19-da döş daxili limfa düyünlərinin böyüməsi şübhəsi aşkar edilmiş, daha ətraflı müayinə olunmaları üçün Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşdur.

       Vaxtaşırı təşkil olunan müayinələr zamanı həkimlər tərəfindən maarifləndirici söhbətlər aparılır, əhalinin, eləcə də uşaq və yeniyetmələrin sağlamlığı daim diqqətdə saxlanılır.

        Naxçıvan Muxtar Respubikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti