Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri PHŞ-nin həkim briqalarının gördüyü işlər haqqında məlumat

2022-11-16 / 11:54:11

     Naxçıvan  Muxtar Respublikası Ağciyər  Xəstəlikləri  Dispanseri  muxtar respublika əhalisi arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Belə tədbirlərin davamı olaraq noyabrın 14-də Dispanserin həkim briqadası səyyari  flüoroqrafiya ilə Naxçıvan  şəhər 5 nömrəli  tam  orta  məktəbdə olmuş,  IX-XI  sinif  şagirdlərindən 165-i flüoroqrafiya  müayinəsindən keçmişdir. Məktəblilər  arasından  xəstə  aşkar  edilməmişdir.

Aparılan tədbirlərin davamı olaraq noyabrın 15-də  isə Dispanserinin həkim briqadası səyyari  flüoroqrafiya ilə Naxçıvan  şəhər 7 nömrəli tam  orta məktəbdə olmuş, IX-XI  sinif  şağirdlərindən  74  nəfər şagird flüoroqrafiya müayinəsindən  keçmişdir. Vərəm xəstəliyinə şübhəli olan 2 şagird aşkar edilmişdir. Daha ətraflı müayinədən keçmək üçün onlar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət edilmişdir.

        Həmçinin, həkimlər tərəfindən məktəblilər üçün maarifləndirici  söhbətlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti