Muxtar respublika əhalisi arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində tədbirlər davam etdirilir

2022-09-23 / 12:07:32

       

    Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri muxtar respublika əhalisi arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Bu məqsədlə yaradılmış Dispanserin həkim briqadası qrafikə uyğun olaraq Babək rayon Qahab Kənd Həkim Ambulatoriyasında olmuşdur. Həkim briqadası tərəfindən müayinələrdən keçirilən 20 kənd sakininə müvafiq müalicə icra edilmiş və məsləhətlər verilmiş, 4 uşağa isə Mantu sınağı qoyulmuşdur. Vərəm xəstəliyinə şübhəli olan 1 nəfər daha ətraflı müayinə olunmaq üçün Naxçıvan Muxtar

Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşdur. Götürülən Mantu sınağının nəticələrinin qiymətləndirilib Dispanserə məlumat verilməsi barədə kənd həkim ambulatoriyasına məsləhət verilmişdir. Sonda həkim briqadası tərəfindən vərəm xəstəliyi, yoluxma yolları və xəstəliyin profilaktikası mövzusunda səhiyyə maarifi aparılmışdır.

Naxçıvan Muxtar Respublikanın

Səhiyyə Nazirliyinin mətbuat xidməti