Naxçıvan Tibb Kollecində talassemiyaya dair maarifləndirici tədbir keçirilib

2022-05-13 / 10:26:30

Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək bildirib ki, Talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı təsdiq edilib. Bu Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib. Naxçıvan Muxtar Respublikasında da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün lazımi işlər görülüb talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir.

 

Gündüz stasionarlarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi əsasən evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur. Xəstəliyin profilaktikası üçün cəmiyyətin talassemiya haqqında kifayət qədər məlumatı olmalıdır. Bu məqsədlə populyar buklet, tövsiyə və digər sanitar-maarifi materialları hazırlanaraq əhali arasında paylanmalı, qəzet və jurnallarda müntəzəm məqalələr nəşr olunmalı, ekran və efir xəstəlik barədə söhbətlər aparılmalıdır. Hər şeydən əvvəl, gənclər, xüsusilə subaylar evlənmə ərəfəsində talassemiya geninə görə yoxlanılmalı və beləliklə, talassemiya geni daşıyan iki şəxsin evlənməsinin və bununla da əhali arasında həm gen daşıyıcılarının çoxalmasının və həm də xəstə uşaq doğulmasının qarşısı alınar.

Sonra kollecin müəllimi Baxşəliyeva Arzu Talasemiya xəstəliyi haqqında

geniş məlumat vermiş, xəstəliyin genetikasından danışmışdır.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti