Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

2022-05-11 / 11:23:09

Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq yaşayış binası 40 mənzillidir. Mənzillərdən 10-u dörd, 20-si üç, 10-u ikiotaqlı olacaqdır. Dördotaqlı mənzillərin ümumi sahəsi 120, üçotaqlı mənzillərin ümumi sahəsi 95-102, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 75 kvadratmetrdir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə tapşırıqlar verib.