Ulu öndər H.Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Şahbuzda və Culfada tibbi aksiya keçirib

2022-05-10 / 12:20:18

Naxçıvan Muxtar Respublika Xəstəxanası ulu öndər H.Əliyevin anadan olmasının 99 illiyi münasibətilə mayın 8-də Şahbuzda, 9-da isə Culfada humanitar tibbi aksiya keçirib. Yüksəkixtisaslı həkim heyətində fizioterapevt, stomatoloq, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, endokrinoloq və başqa yüksəkixtisaslı həkimlər təmsil olunublar. Onlar şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələri, eləcə də müraciət edən hər bir vətəndaşın müayinə və müalicələrini kassa ödənişi olmadan təşkil edib və müvafiq tibbi təyinatlar veriblər.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada 115 nəfər 200-dən çox müayinədən keçirilib.26 kiçik əməliyyat aparılıb.

Culfada 30 terapevtik, 32 cərrahi, 28 laborator, müayinə, 5 üz-çənə, 21 kiçik uroloyi əməliyyat aparılıb. Bütövlükdə, 51 nəfərdə 116 müayinə həyata keçirilib.  Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomotoloji, nevroloji və digər müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. Onlardan 2 nəfəri ətraflı müayinələr üçün Respublika Xəstəxanasına dəvət edilib.

Aksiyadan yararlananlar göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına minnətdarlıq edərək bütün bunları qazilərə, şəhid və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Aksiya muxtar respublikanın digər rayonlarında da ilboyu davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti