Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibətilə paylaşım edib

2022-05-10 / 11:23:03

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı "Twitter" hesabında ulu öndərin "Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!" sözlərinin əks olunduğu fotonu paylaşıb.