Naxçıvanda Beynəlxalq Neonatoloji Konfrans keçirilir

2022-05-06 / 15:51:41

Mayın 6-da Naxçıvan şəhərinin “Duzdağ” otelində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Neonatal diaqnozların xəstəlik tarixçələri üzərində müzakirəsi. Yaz hesabatı 1-ci modul" adlı ikigünlük Beynəlxalq Neonatoloji Konfrans öz işinə başlayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Uptodate in Medicine-nin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.

Daha sonra onlar Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda böyük maraq yaradıb.

Duzdağ otelində keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə  ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim metodisti, pediatr, konfransın ideya müəllifi və rəhbəri Şəlalə Həsənova bildirib ki, Naxçıvanda Türkiyə Neonatoloqlar Dərnəyi və Azərbaycan neonatoloqlarının iştirakı ilə keçirilən tədbir UPTODATE İN MEDİCİNE və Royal FOODS şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat

Gəncəyeva  qonaqları salamlayıb, bildirib ki, ölkəmizdə ötən əsrin 70-ci illərində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilmiş, müasir tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Dahi şəxsiyyətin müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlarla bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə Naxçıvan səhiyyəsinin inkişaf dövrü kimi səciyyələnir. Göstərilən dövlət  qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların  uşaqların sağlamlığının qorunması  üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana  və və uşaqlara tibb xidməti göstərən göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, neonatoloji xidmətin daha da yaşılaşdırılması üçün lazımi şərait yaradılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət  daha da gücləndirilib,  səhiyyə-maarifi işləri günün  tələbləri səviyyəsində qurulub.

Nazir müavini neonatologiya, cərrahiyyə, anesteziologiya, reanimasiya və intensiv terapiya sahələrində calışan həkimlər, alimlərin bu cür tədbirlərdə fəal iştirakinıv  vacibliyini vurğulayıb və əmin olduğunu bildirib ki, konfransın keçirilməsi Naxçıvan pediatrları üçün mühüm hadisədir və şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək, gələcək səmərəli fəaliyyət üçün stimul yaradacaqdır.

Samrat Gəncəyeva beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Azərbaycan Respublikası Elmi-Tətqiqat Pediatriya İnstitunun direktoru, Uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Allahverdi Musayev, akademin Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ümumi və laparoskopik cərrahiyyə uzmanı Azər İsmayılov, Elmi-Tətqiqat Mamalıq və Ginekologiya İnstitunun Neonatal reanimasiya şöbəsinin müdiri, səhiyyə nazirliyinin eksperti Rüstəm Hüseynov Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin səhiyyəsinin inkişafında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bu gün Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir.

Bildirilib ki,  konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Naxçıvanda bu tədbirin keçirilməsində də əsas məqsəd  pediatrik, neonatal xəstəliklər  ilə bağlı fikir, təcrübə və ideya mübadiləsi aparmaqdan, eləcə də ölkəmizin istənilən yerində uşaqların sağlamlığının qorunması hüquqlarına riayət olunması üçün hər şeyi etməyə imkan verməkdir.

Sonra konfrans panellər üzrə öz işini davam etdirib. Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve “3 kliniki halda tənəffüs çətinliyi olan yeni doğulmuş körpəyə yanaşma”, Ankara Yıldırım Beyazit Universitetinin professoru Ahmet Yağmur Baş “Maternal autoimmun xəstəliklərin fetal və neonatal təsiri. Yenidoğulmuş xəstəlik tarixçələri üzərində praktiki yanaşma”, Başakşeher Çam və Şakura Şəhər Xəstəxanasının professor doktoru Merih Çetinkaya “3 fərqli kliniki hal üzərindən erkən, gec və çox gec başlanğıclı sepsis” mövzularında məruzələr ediblər.

Fasilədən sonra konfrans öz işini davam etdirib. Medera Hospitalının uşaq xəstəlikləri uzmanı, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev “Yenidoğulan dövrdə qalaktozemiyanın fərqli klinik təzahürləri”, Azərbaycan Tibb Universiteti Nevrologiya şöbəsinin müdiri Aytən Məmmədbəyli “Yenidoğulmuşların qeyri-epileptik hərəkət pozğunluqları”, Azərbaycan Tibb Universiteti birinci uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva “İnkişaf geriliyi olan uşaq pediatrların gözü ilə” kimi neonatologiyanın ən aktual problemlərinə həsr olunan məruzələr dinlənilib.

 Konfransda  azərbaycanlı mütəxəsislərin Türkiyədən gələn professorlarla birgə bilik və təcrübə mübadiləsi aparılıb. Yenidoğulanlarda çox rast gələn xəstəliklərin klinik halların müasir müalicə üsulları barədə məlumat verilib, suallar cavablandırılıb.

Konfrans mayın 7-də iki panel üzrə öz işini davam etdirəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti