Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür

2022-05-05 / 10:14:06

1987-ci ildə Niderlanda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib.

Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı, ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.

Son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların  uşaqların sağlamlığının qorunması  üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana  və və uşaqlara tibb xidməti göstərən göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət  daha da gücləndirilib,  səhiyyə-maarifi işləri günün  tələbləri səviyyəsində qurulub.  Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması  məqsədilə hamilələrin elektron reysteri yaradılıb. Ginekoloji  xəstəliklərin vaxtında aşkar edilməsi,  müalicə işinin düzgün  və səmərəli qurulması üçün profilaktik  müayinə tədbirləri daha da  gücləndirilir.  Qadın kollektivləri  və 9-10-11-ci siniflərdə təhsil alan şagirdlərlə ginekoloji xəstəliklər haqqında maarifləndirici söhbətlər aparılır.

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini uşaqların sağlamlıqlarının qorunması və hüquqlarının təmin edilməsi təşkil edir. Çünki uşaqlara göstərilən qayğı cəmiyyətin gələcək varlığının möhkəm sütunlar üzərində inşa edilməsi deməkdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”.

Naxçıvan Muxtar Respublikasında da uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, onlara xidmət edən səhiyyə, təhsil, mədəniyyət və digər müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsi istiqamətində tədbirlər geniş vüsət almışdır. Bununla yanaşı, tibb müəssisələrində ixtisaslı kadr hazırlığının təşkili, məktəb və məktəbdənkənar təhsil müəssisələrində müasir təlim metodlarının tətbiqi kimi bir çox aspektlər üzrə həyata keçirilən layihələr uşaqların sağlam və yüksək intellektual potensiala malik bir mühitdə böyüməsi üçün əlverişli şərait yaradır.

Uşaqlar bizim gələcəyimizdir. Hər evə, ailəyə sevinc bəxş edən körpənin dünyaya gəlməsində həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Körpənin dünyaya gəlməsi ilə yanaşı, ana və uşağın doğuşdan sonrakı sağlamlığı da onların təcrübə və peşəkarlığından asılıdır. Məhz onlar dünyaya yeni göz açan körpə ilə ilk təmasda olur, qadın doğum evinə daxil olandan körpə dünyaya gətirib xəstəxanadan çıxanadək hamilələrə və analara lazımi tibbi yardım və mənəvi dəstək göstərirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolu oynayır.

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti