“İlk yardım könüllüləri” Sədərək rayonunda məktəblilər üçün təlim treninq keçirib

2022-05-04 / 14:32:23

Naxçıvan Tibb Kollecinin tələbələrindən ibarət “İlk yardım könüllüləri” aprelin əvvəlindən ümumtəhsil məktəblərində şagirdlər üçün ixtisaslı həkim yardımına qədərki ilk yardım qaydalarından bəhs edən təlim-treninqlərə start veriblər. İndiyədək Naxçıvan şəhəri ilə yanaşı,  Şərur, Babək, Culfa,Kəngərli  və  Ordubad rayonlarında bu tədbirlər həyata keçirilib.

Keçirilən növbəti tədbirə isə Sədərək kəndindəki 1 və 2 nömrəli tam orta məktəblər ev sahibliyi edib. Keçirilən tədbirdə kollecin müalicə işi, ortopetik stomatologiya, müalicə masajist, hərbi feldşer və laborator-diaqnistika ixtisasları üzrə təhsillərini davam etdirən 7 tələbəsi şagirdlərə ilkin tibbi yardım göstərilməsini izah edib. Şagirdlər çıxıqlar və sınıqlar, qanaxma, bayılma, yüksək temperatur, kəskin tənəffüs çatışmazlığı, zəhərlənmə, qıcolma,boğulma, ilan sancması barədə məlumatlandırıblar.

Təlim-treninq zamanı ilkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub. Müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Video üçün link:

https://www.youtube.com/watch?v=Jhqwp6OlVtY

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti