Səhiyyə nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət edib

2022-05-04 / 14:23:28

Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında, insanların maarifləndirilməsində muzeylər əvəzsiz rol oynayır. Maddi-mənəvi xəzinə sayılan muzeylər muxtar respublikamızda daim diqqət və qayğı ilə əhatə olunmuşdur. “Muzey günləri” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Səhiyyə Nazirliyinin kollektivi növbəti dəfə Naxçıvan Dövlət Tarix Muzeyində olmuşdur.  

Bələdçi muzey haqqında ziyarətçilərə ətraflı məlumat verərək bildirib ki, muzeyin ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir. Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Muzeydə hazırda on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır ki, bundan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.

Muzeyə ziyarət kollektivdə  xoş təəssüratlar yaradıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti